ASMEDİCAL

ASMEDİCAL, “müştəri məmnuniyyəti” və “etibarlı iş birliyi” prinsiplərinə əsaslanaraq, səhiyyə sektorunda innovativ həllər təqdim edən, yüksək keyfiyyətli məhsul və xidmətləri ilə fərqlənən lider şirkət olmağı qarşısına məqsəd qoyur. Şirkətimiz davamlı inkişaf, peşəkar idarəetmə, komandada ahəng, sosial məsuliyyət və texnoloji yeniliklərə çevik uyğunlaşma ilə sektorda güvənilən tərəfdaş və dəyər yaradan şirkət olaraq 2021-ci ildən fəaliyyət göstərir.
Laborator cihazlar, laboratoriyada istifadə edilən kimyəvi maddələr (reaktiv, kit və s.) və sərfiyyat ləvazimatları istiqamətində fəaliyyətimiz gündən-günə genişlənməkdədir. Şirkətin hazırda 30-dək əməkdaşı, 300 m² ofis, logistika və depo sahəsi ilə fiziki infrastrukturu formalaşmışdır. Şirkətimizin sektorda daha müvəffəqiyyətli fəaliyyətini təmin etmək üçün xüsusi proqram təminatından istifadə edilir. Bununla yanaşı, ASMEDİCAL ISO 9001-2000 Keyfiyyətin İdarəetmə Sistemi Proqramına daxil olmuş, şirkət strukturu standartın qaydalarına əsasən formalaşdırılmışdır, standartlara uyğun texniki servis şöbəsi yaradılmışdır. Əmək təhlükəsizliyi qaydalarına və beynəlxalq standartlara uyğun fiziki şərait təmin edilmişdir.

Haqqımızda