ASMEDİCAL

ASMEDİCAL şirkəti 2021-ci ildən başlayaraq tibbi laboratoriyaların qurulması, təşkili və təchizatı sahəsində fəaliyyət göstərir.
Laborator cihazlar, laboratoriyada istifadə edilən kimyəvi maddələr (reaktiv, kit və s.) və sərfiyyat ləvazimatları istiqamətində fəaliyyətimiz gündən-günə genişlənməkdədir. Şirkətin hazırda 10-dək əməkdaşı, 300 m² ofis, logistika və depo sahəsi ilə fiziki infrastrukturu formalaşmışdır. Şirkətimizin sektorda daha müvəffəqiyyətli fəaliyyətini təmin etmək üçün xüsusi proqram təminatından istifadə edilir. Bununla yanaşı, ASMEDİCAL ISO 9001-2000 Keyfiyyətin İdarəetmə Sistemi Proqramına daxil olmuş, şirkət strukturu standartın qaydalarına əsasən formalaşdırılmışdır, standartlara uyğun texniki servis şöbəsi yaradılmışdır. Əmək təhlükəsizliyi qaydalarına və beynəlxalq standartlara uyğun fiziki şərait təmin edilmişdir.

Haqqımızda