Texniki servis xidmətləri

Təqdim etdiyimiz laborator və tibbi avadanlıqların uzunömürlü və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə sertifikatlı mühəndislərdən ibarət texniki servis komandamızla peşəkar xidmətlər göstəririk. Avadanlıqların ilkin quraşdırılması, işə salınması (IQ/OQ), kalibrasiya, profilaktik baxım, diaqnostika və nasazlıqların aradan qaldırılması xidmətləri operativ və istehsalçıların standartlarına uyğun şəkildə həyata keçirilir. Müştərilərimizə zəmanətli və zəmanətdən sonrakı dövrləri əhatə edən texniki dəstək, həmçinin ehtiyat hissələrinin təmini ilə laboratoriya işinin davamlılığını və təhlükəsizliyini təmin edirik. Servis fəaliyyətimiz müntəzəm təlimlər, yenilənmiş proqram təminatı və sahəyə xüsusi yanaşma prinsiplərinə əsaslanır.

Dəqiq nəticələr üçün etibar etdiyiniz ünvan — Asmedical!